Əlaqə Arxiv
news Image
2013.08.01
12:39
| A A A
Gəncədə qadın su əvəzinə təmizləyici vasitə içərək zəhərlənib

Gəncə şəhər sakini su əvəzinə təmizləyici vasitə içib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1988-ci il təvəllüdlü Aytən Salmanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Aparılan araşdırma zamanı məlum olub ki, A. Salmanova təmizləyici kimyəvi vasitəni səhvən su yerinə içib və zəhərlənib. Həkimlərin səyi nəticəsində qız xilas edilib. Hazırda onun səhhətinin normal olduğu bildirilir. 

Sizin Reklam Yeriniz