Əlaqə Arxiv
news Image
2013.08.01
14:34
| A A A
XİN Maldiv adalarında meyiti tapılan azərbaycanlı diplomatla bağlı açıqlama verib

İlkin məlumatlara görə, T. Qurbanov məzuniyyətdə olarkən ürək çatışmazlıqdan dünyasını dəyişib

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatın ölümü ilə bağlı məlumat açıqlayıb. Azərbaycan XİN sözçüsü Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyin ikinci katibi Tural Qurbanov iyulun 25-də məzuniyyətdə olarkən rəhmətə gedib.

E.Abdullayev əlavə edib ki, ilkin məlumatlara görə, T. Qurbanov məzuniyyətdə olarkən ürək çatışmazlıqdan dünyasını dəyişib.

Qeyd edək ki, 29 yaşlı Tural Qurbanovun Maldiv adalarında istirahət mərkəzlərindən birində məzuniyyət keçirərkən iyulun sonlarında vəfat etdiyi barədə məlumat yayılıb.


Sizin Reklam Yeriniz