Əlaqə Arxiv
news Image
2013.08.01
15:03
| A A A
Məişət zorakılığı qurbanları üçün elektron baza yaradılacaq-Eksklüziv
Elgün Səfərov: "Bazada məişət zorakılığına məruz qalmış şəxslərlə bağlı məlumatlar yerləşdiriləcək"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Məişət zorakılığının qarşısının alınması üçün elektron baza yaradacaq. Bu məlumatı  Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUHDK) Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov verib. E. Səfərov bildirib ki, bazada məişət zorakılığına məruz qalmış şəxslərlə bağlı məlumatlar yerləşdiriləcək. Amma bu məlumatlar ictimaiyyətə açıq olmayacaq: "Yəni bazadakı məlumatlardan ancaq bir neçə dövlət qurumu istifadə edə biləcək. Hansı ki, həmin qurumlar məişət zorakılığının qarşısının alınması, qurbanlara psixi və hüquqi yardımın göstərilməsi ilə bağlı səlahiyyətlidirlər. Bu qurumların arasında Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi də var".

E. Səfərov  "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin Komitədə davam etdiyini söyləyib. Onun sözlərinə görə, Komitə tərəfindən hətta görülən işlərlə bağlı məlumatverici xarakterli elektron portal da yaradılacaq.


Sizin Reklam Yeriniz