news Image
2013.08.01
14:08
| A A A
Səbail İcra Hakimiyyəti yeniyetmələri sevindirdi


Səbail rayonunda yeniyetmələrin yay istirahəti təşkil olunub. Səbail rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin səmərəli təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən işlərdən biri – rayonun aztəminatlı ailələrindən olan yeniyetmələr üçün Quba rayonuda "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin yaradılması olub. Düşərgədə istirahətin ödənişsiz olması, burada uşaqlar üçün hər cür şəraitin yaradılması valideynlər tərəfindən çox razılıqla qarşılanıb.Məlumatda bildirilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclərlə bağlı tövsiyələrinə uyğun olaraq paytaxtımızın mərkəzi rayonu  olan Səbail rayonunda   böyüməkdə olan gənc nəslin vətənə məhəbbət,  Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması və layiqli vətəndaş kimi yetişməsi istiqamətində aparılan işlərə diqqət xeyli artırılıb. İlk növbədə rayondakı aztəminatlı, imkansız ailələrdən olan uşaqlar üçün Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında pulsuz 3D həcmli uşaq filmlərinə baxışlar təşkil olunub və artıq 1200-dən çox uşaq bu seanslarda iştirak ediblər. Uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunur. Şagirdlərin  yay istirahətinin səmərəli təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə avqust ayında Səbail  rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, "Çağ Öyrətim İşlətmələri" və "Azercell" şirkətlərinin birgə layihəsinə əsasən rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində və müxtəlif Uşaq evlərində tərbiyə alan, ümumilikdə 200 nəfər uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində artıq 8-ci dəfə təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu "Şahinlər" yay istirahət düşərgəsinə yola salınıblar.Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq RİH-ti tərəfindən əvvəlcədən bir sıra təşkilati işlər həyata keçirilmiş, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları,  Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə  həsr olunmuş stendlər quraşdırılıb, Daxili Qoşunlar və Bakı Türk Liseyinin Quba filialı tərəfindən bura tələb olunan bütün ləvazimatlarla təmin olunub. Düşərgədə uşaqların istirahətinin, daha  da maraqlı  və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə keçiriləcək, həmin məşğələləri və düşərgədəki təlim-tərbiyə işlərini rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri ilə yanaşı Daxili Qoşunlar tərəfindən  xüsusi olaraq düşərgəyə təşkim olunmuş zabit və çavuşları keçəcəklər. 

Şagirdlər istirahət dövründə Qubanın görməli yerlərinə, meşələrə,  rayonun  tarixi guşələrinə  gəzintilər də təşkil olunacaq, şagirdlər Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar. 

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən "Vətən sevgisi" dərsləri çərçivəsində "Azərbaycanın tarixi və siyasi coğrafiyası", "Azərbaycanın bu günü və gələcəyi", "Müasir Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin şah əsəridir" mövzularında, həmçinin yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində "Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında  məşğələlərin  keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması  planlaşdırılıb.Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin  ifası ilə başlanmışdır. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, "Çağ Öyrətim İşlətmələri" Şirkətinin, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  ölkə başçı cənab İlham Əliyevin yeniyetmə və gənclərin sağlam boyüməsi, gənc nəslin vətənə məhəbbət,  Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışmış, onlara şən və yaddaqalan istrahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Səbail RİH və digər təşkilatçıların daimi diqqət mərkəzində olacaq və burada istirahət üçün hər cür şərait yaradılacaqdır. Daxili Qoşunların orkeçtrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşüblər.Yola düşməzdən əvvəl gənc "Şahinlər" Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs