news Image
2013.08.01
15:11
| A A A
Əhməd Əhmədzadənin qurumundan açıqlama:" Arazın suyu bərabər bölüşdürülməlidir"
"Iranın Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə axıdılması layihəsinin icrasına başlaması xəbəri Azərbaycanın kənd təssərrüfatı sahəsində ciddi problemlər yarada bilər". Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev söyləyib. S. Vəliyev bildirib ki, Araz çayının suyunun Urmiyə gölünə axıdılması Arazın suyunun azalmasına gətirib çıxardarsa, suvarma ilə bağlı yaranan problem məhsuldarlığa da sonucda təsir edə bilər. S. Vəliyevin sözlərinə görə, Azərbaycanın bir sıra bölgələrindəki suvarma sistemləri Araz suyundan bəhrələnir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su Anbarlarının və Hidroqovşaqlarının İstismarı sektorunun müdiri Abdulrəhim Hacıyev Movqe.az-a açıqlamasında söyləyib ki, Araz suyunun istismarı ilə bağlı İran tərəfi ilə Azərbaycan arasında müqavilə var. Həmin müqavilə Araz suyunun bölüşdürülməsini özündə etiva edir. A. Hacıyevin sözlərinə görə, bu müqavilədə Arazın suyunun yarısının Azərbaycan, yarısının İran tərəfinin istifadə etməsi göstərilib. Amma, A. Hacıyev deyir ki, əgər İran tərəfi bu müqaviləni pozarsa bunu yalnız Arazın suyu Azərbaycan tərəfdə azaldığı təqdirdə bilmək mümkündür. Çünki, İranın nə qədər su işlətdiyini, Arazın suyundan nə qədər götürdüyünü ölçmək mümkün deyil. A. Hacıyev deyir ki, Arazın suyu Azərbaycanda Naxçıvandan başlayaraq, işğal altında olan rayonlarımız, Muğan zonası, Beyləqan daxil olmaqla onlarla rayonlarımızdakı suvarma sistemlərimizi qidalandırır. A. Hacıyev bildirir ki, İran bərabər bölgü aparmazsa, Arazın suyunun əksər hissəsini özü istifadə edərsə, həmin suvarma sistemlərimiz susuz qala bilər. Qeyd edək ki, xəbərlərə görə, Iranın Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə axıdılması layihəsinin icrasına başlanılıb. Layihədə məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını ödəmək, Urmiya gölünü lazımi miqdarda su ilə təmin etmək və layihə ərazisində əkin sahələrinin müasir metodlarla suvarılmasına şərait yaratmaqdan ibarətdir. Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir. İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb. Bundan əvvəl İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədar demişdi ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs