news Image
2013.08.01
20:00
| A A A
Əsgərlərimiz üçün yığılan vəsait 1,5 milyonu keçib
Avqustun 1-i tarixinə Fondun manat hesabındakı vəsaitin həcmi 44 182 973 manat, ABŞ valyutasındakı vəsait isə 211 791 dollar təşkil edib Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 milyon 508 min 656 manat və 3000 ABŞ dolları artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Avqustun 1-i tarixinə Fondun manat hesabındakı vəsaitin həcmi 44 182 973 manat, ABŞ valyutasındakı vəsait isə 211 791 dollar təşkil edib. Avro hesabı isə dəyişməz qalıb (593 Avro).

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 7 ay ərzində 8 604 777 manat artıb.

Fondun hesablarındakı ümumi vəsait 56 737 480 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs