Əlaqə Arxiv
news Image
2013.08.02
11:21
| A A A
Tsvangiray Zimbabvedə seçkiləri şou adlandırıb
Zimbabvenin Baş naziri Morqan Tsvangiray çərşənbə günü ölkdə keçirilən seçkiləri şou adlandıraraq, seçki nəticələrini qəbul etməyəcəyini bildirib.

Prezidentliyə namizəd olan Tsvangiray müxbirlərin suallarına cavab verərək, rəqibi - prezident Robert Muqabeni səsverməni saxtalaşdırmaqda ittiham edib. Prezident Muqabe bu ittihamları rədd edir.

Cənab Muqabenin müttəfiqləri uzun müddətdir ölkənin prezidenti və onun partiyasının seçkilərdə asanlıqla qələbə çaldığını bildirib.

Zimbabvenin Mərkəzi Seçki Komissiyası səslərin hələ hesablandığını bildirərək, nəticələri hələ açıqlamayıb. Komissiya səsvermənin "azad və ədalətli" keçdiyini deyərək müdafiə edib.

Seçki rəsmiləri nəticələrin gələn həftənin bazar ertəsi günü açıqlanacağını bildiriblər.

89 yaşlı Robert Muqabe və 61 yaşlı Morqan Tsvangiray president seçkisində iki əsas namizəd olublar. Bu, Morqan Tsvangirayın ölkəni 1980-ci ildən bəri idarə edən Robert Muqabe üzərində qələbə çalmaq üçün üçüncü cəhdidir.
Sizin Reklam Yeriniz