news Image
2013.08.02
11:02
| A A A
Yanacaqdoldurma məntəqəsində dəhşətli yanğın..

20 tonluq 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub

Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu səhər Ağsu rayonunun Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb.


Vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv. m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığılmış 5 ədəd 10 litrlik yanacaq qabları yanıb. "KamAZ" markalı avtomobil, həcmi 20 ton olan 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs