news Image
2013.08.02
13:59
| A A A
"Gənclik"də tunel-kompleks tikilir (FOTO)

Hazırda 3 tuneldə asfalt-betonlanma işləri gedir

Paytaxtınn "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin cari ilin payız aylarında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə ANS PRESS-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Mürsəliyev deyib ki, "Azəryolservis" ASC-in sifarişi ilə "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin tikintisi sürətlə davam etdirilir. Yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2470 m nəzərdə tutulan tunellərin eni 8,2-16,5 m arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, "Gənclik" metro stansiyasının 2 çıxışının tikintisi daxildir.


Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546, eni 16,5 metr olan tunel tamamlanaraq və ölkə başçısının iştirakı ilə açılışı keçirilib. Hazırda 3 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 3 tuneldə döşəmənin betonlanması işləri gedir.


Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir. Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənməsi işlərinə başlanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs