Yezidilər də Ermənistanı tərk edir
Səbəb kimi işsizlik göstərilir
Ermənistanda yaşayan yezidilər də bu ölkəni kütləvi surətdə tərk
etməyə başlayıb. Mövqe.az-ın "news.am" saytına istinadən xəbər
verir ki, bu barədə məlumatı Dünya yezidiləri milli şurasının
prezidenti Əziz Tamoyan dünən keçirdiyi mətbuat konfransında
verib.
Yezidilərin ölkəni tərk etməsinin səbəbinin ermənilərdən fərqli olmadığını deyən Tamoyan işsizlik faktorunu önə çəkib.
"İnsanlar iş tapa bilmir və məcbur olub başqa ölkələrə gedirlər. Hər halda Ermənistan rəhbərliyinin bu məsələ üzərində düşünəcəyi vaxt gələcək və bu problemin qarşısı alınacaq", – deyə şura rəhbəri bildirib.
Tamoyan həmçinin rəsmi İrəvanın kütləvi köçün qarşısının ala biləcəyinə ümid etdiyini deyib.