news Image
2013.08.02
20:39
| A A A
Norveçli qatilə təhsil icazəsi verildi

Movqe.Az xəbər verir ki, Norveçdə əsrin qatili olan Anders Behring Breivikə təhsilinə davam etmə icazəsi çıxıb.

Oslo Universiteti Dövlət Elmləri Akademiyasına müraciət edən Breivikin qaldığı Həbsxana müdiri Knut Bjarkeid lazımlı təhsil icazənin verildiyini söyləyib. Bjarkeid, "Breivik təhsilinə davam etmək istəyir. Əslində bu müsbət bir inkişafdır. Biz də həbsxana rəhbərliyi olaraq ona təhsil icazəsi verdik. Lakin universitetə ​​qəbul ola bilməsi bal göstəricisinə bağlıdır. Breivik, Universitetə ​​qəbul olsa təhsili öz həbs hücrəsində tək alacaq. Imtahanlara da hücrəsində girəcək. Bu vaxt universitet və Breivik arasında bir İnternet bağlantısı da söz mövzusu olmayacaq. Təhsil hər insana yeni imkanlar yaradır və cinayət törətməsinin qarşısını alır. Breivik də təhsilinə davam etsə bəlkə fikirləri dəyişər "deyib. Breivikin universitet cavabı gələn həftə müəyyən olacaq. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs