Əlaqə Arxiv
news Image
2013.08.02
22:02
| A A A
Bayrama qədər möhlət verdi

Movqe.Az xəbər verir ki, Misirdə çevriliş hökuməti Müsəlman Qardaşların meydanları boşaltması üçün yenidən xəbərdar edib. Daxili İşlər naziri əməliyyatın tezlikə reallaşacağını söyləyir. Bir diplomata görə əməliyyat 8 Avqustdan əvvəl reallaşacaq. 3 iyul zərbəsindən sonra kütləvi etirazlarla sarsılan Misirdə yeni bir qırğın çox tezliklə ola bilər. Çünki Misir Daxili İşlər Nazirliyi, keçmiş lider Məhəmməd Mursi tərəfdarlarına paytaxt Qahirədəki meydanları boşaltması üçün yenidən xəbərdarlıq edib və əks halda təhlükəsizlik qüvvələrinin boşaltma əməliyyatını "daha tez " reallaşdıracağını söyləyib. Nazirlik, nümayişçilərə "təhlükəsiz çıxış" sözü verib. Nazirlik şərhində nümayişçilərə müəyyən bir müddət tanınmayıb. Adını gizli tutaraq "Reuters"ə danışan Qahirədəki diplomatlardan biri, "Səlahiyyətlilər problemin, 8 Avqustdakı Ramazan Bayramından əvvəl həll olunmasını istəyir" deyə bildirib. 

Sizin Reklam Yeriniz