news Image
2013.08.02
16:46
| A A A
Naftalanda 3 nəfər kanalizasiya quyusuna düşdü: 1 ölü

Onlardan biri həlak olub

Naftalan şəhərində "Çinar" sanatoriyasının ərazisində 3 nəfər kanalizasiya quyusunda köməksiz vəziyyətdə qalıb. Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmişlər Neftalan Su-kanal idarəsinin əməkdaşlarıdır.

1956-cı il təvəllüdlü Saməddin Mayıl oğlu İsgəndərovun cəsədi və müxtəlif xəsarətlər almış 2 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs