news Image
2013.08.02
20:30
| A A A
Azərbaycanda yol qəzası: 7 nəfər xəsarət alıb
Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində baş verib Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. APA-nın verdiyi məlumata görə, hadisə bu gün saat 15.30 radələrində yolun 134-cü kilometrliyində qeydə alınıb. 1993-cü il təvəllüdlü Dəmirov Azər Araz oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 RV 230 dövlət nömrə nişanlı avtomobillə Tovuz sakini İsayev Ramil İdris oğlunun idarə etdiyi "Opel" markalı 99 PX 051 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2107"nin sürücüsü və sərnişini, 1991-ci il təvəllüdlü İgdəliyev Rəşad Ramiz oğlu ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

"Opel" markalı avtomobilin sərnişinləri - bir ailənin 5 üzvü Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əliyev Vüsal Arif oğlu, 2007-ci il təvəllüdlü Əliyeva Sevan Vüsal qızı, 2005-ci il təvəllüdlü Əliyev Səlcuq Vüsal oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Həyat Yeylağ qızı və Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əliyeva Məlahət Rza qızı müxtəlif dərəcəli xəsarətlərlə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs