Əlaqə Arxiv
news Image
2013.08.04
11:37
| A A A
Qubada ağır qəza

Bu gün gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası yolunun Quba rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 158-ci km-də "Şaqman" markalı yük maşını idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Sürücü 1986-cı il təvəllüdlü Quba rayonu Vəlvələ kənd sakini Cəfərov Cəfər Nadir oğlu bir saata yaxın avtomaşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu sürücünü deformasiyaya uğramış maşından çıxarıb. O Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz