Azərbaycanda ticarət mərkəzində bomba həyəcanı
Fövqəladə Hallar Nazirliyinə Bakının ticarət mərkəzlərinin
birində bomba aşkarlanması barədə məlumat daxil olub. Movqe.az-;n
FHN-in saytına istinadən verdiyi xəbərə görə,
qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,
paytaxtın Nizami rayonunda, 4 nömrəli Ticarət mərkəzinin binasında
partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşya aşkarlanıb.
Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi
tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin
mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən heç bir
partlayıcı qurğu aşkar edilməyib.