Əlaqə Arxiv
news Image
2013.08.05
11:38
| A A A
Bu gün hava yağmurlu olacaq

Həftənin ilk iş günündə fasilələrlə yağış yağacağı gözlənilir. Mövqe.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin rəsmi saytına istinadən məlumat  verir ki, avqustun 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında temperatur gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 5-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz