Əlaqə Arxiv
news Image
2013.08.05
11:44
| A A A
Tbilisi prospektinin bir hissəsi istifadəyə verilib

Tbilisi prospektinin Həsən Əliyev küçəsindən Salamzadə küçəsinədək olan hissəsi dünən axşam saatlarında sürücülərin istifadəsinə verilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 150 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib.

Hazırda yolun Salamzadə küçəsindən 20 yanvar qövşağına qədər olan hissəsində qaz xətləri dəyişdirilir.

Bu işlər başa çatdıqdan sonra "Azəryolservis" ASC tərəfindən təmir işlərinə başlanılacaq.

Sizin Reklam Yeriniz