news Image
2013.08.05
10:30
| A A A
Qabiliyyət imtahanı başladı

Bu gündən Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)  verilən xəbərə görə, 9 illik bazadan orta ixtisas müəssisələrinə qabiliyyət imtahanları avqustun 13-dək davam edəcək. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat 17 -31 iyul tarixlərində aparılıb. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə ediblər. Bundan sonra abituriyentlər Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçib TQDK tərəfindən müəyyən olunmuş ünvan, tarix və vaxtda seçmə turda iştirak etməlidirlər. Seçmə turda abituriyentin yaradıcılıq qabiliyyəti yoxlanılır və yoxlamanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. Orta ixtisas təhsili müəssisələrinə  qəbul imtahanı avqustun 25-də keçiriləcək. Boş plan yerlərinə ixtisas seçimi isə 9-12 sentyabrda aparılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs