Əlaqə Arxiv
news Image
2013.08.05
12:04
| A A A
Bütün məktəblər internetləşdiriləcək

"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı"nda əsas bəndlərdən biri də ölkədə elektron təhsil həllərinin tətbiqinin genişləndirilməsidir. Bu sahədə aparılan işlərin bir istiqaməti kimi cari ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, məktəblərin İKT ilə təminatı üzrə mövcud vəziyyətə gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda kompüteri olan məktəblərin sayı 3897, o cümlədən şəhər üzrə 1108, kənd üzrə 2789 olub. Kompüteri olan məktəblərin bütün məktəblərdə payı 87.2 faiz, o cümlədən şəhər üzrə 96.2 faiz, kənd üzrə 84.1 faiz təşkil edib. Orta hesabla bir kompüterə düşən şagirdlərin sayı ötən ildə ölkə üzrə 28, o cümlədən şəhər üzrə 26, kənd üzrə 31 nəfər olub. Telefonla təmin olunmuş məktəblərin bütün məktəblərdə payına gəlincə, ölkə üzrə bu göstərici 62.9 faiz, o cümlədən şəhər üzrə 84.5 faiz, kənd üzrə 55.4 faiz olub. 

Sizin Reklam Yeriniz