Əlaqə Arxiv
news Image
2013.08.05
12:15
| A A A
ÜST Azərbaycanda yeni peyvəndi qiymətləndirməyə başladı-Özəl

Azərbaycanda uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini qiymətləndirəcək Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri artıq Bakıdadır. Bu gün ÜST-ün qiymətləndirmə missiyasının nümayəndələrinin ilk iclası keçirilib. Bu barədə məlumatı Movqe.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva verib. A. Əliyeva bildirib ki, qiymətləndirmə missiyası ilə birgə yerlərdə vəziyyətə də baxış keçiriləcək: "Soyuducuların vaksinləri qəbul etməyə hazıqlıq səviyyəsi yoxlanılacaq. Bundan sonra vaksinlərin Azərbaycana gətirilməsinə başlanılacaq. Çünki, artıq Azərbaycana lazımi qədər pnevmakok peyvəndlər ayrılıb". 

A. Əliyeva qiymətləndirmənin avqustun 8-də başa çatacağını, sabahdan etibarən nümayəndələrin rayonlara səfərinə başlanılacağını söyləyib. A. Əliyeva Azərbaycana ayrılan yeni pnevmakok peyvəndlərin Belçika istehsalı olduğunu bildirdi. Onun sözlərinə görə, pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq.

Qeyd edək ki, bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq.


Sizin Reklam Yeriniz