Əlaqə Arxiv
news Image
2013.08.05
13:07
| A A A
Şəki sakini torpaq uçqunu altında qalaraq ölüb

Şəki şəhərində baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şəki şəhəri M. F. Axundov küçəsində baş verib.

 

Qeyd edilən ünvanda fərdi yaşayış evində kanalizasiya quyusu qazan, Şəki rayonu Qudula kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Vasif  Şaban oğlu torpaq uçqununun altında qalıb.

 Hadisə yerinə həkim və xilasedicilər cəlb edilib. Lakin bütün səylərə baxmayaraq, Vasif Məmmədovu xilas etmək mümkün olmayıb.

 İki uşaq atası olan V. Məmmədov ailəsini fəhləliklə dolandırıb.

 Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz