Əlaqə Arxiv
news Image
2013.08.05
13:38
| A A A
Masallıya turist axını müşahidə olunur

Keçən il 50-100 manat olan qiymətlər 30 manatadək düşüb

Bu ilki turizm mövsümündə Masallıya böyük turist axını müşahidə edilir. Masallıya gələn turistlərin sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. ANS PRESS-in verdiyi məlumata görə, rayondakı turizm obyektlərində qiymətlərin qonşu rayonlarla müqayisədə aşağı olması rayona turist axınını şərtləndirən əsas amil hesab olunur. Rayonun turizm obyektlərində demək olar ki, boş yer yoxdur. Gələnlərin əksəriyyəti isə yerli turistlərdir. 


Obyekt sahibləri deyir ki,bu ilki mövsümdə qiymətlərin əhalinin böyük əksəriyyətinin cibinə uyğunlaşdırılması turist axınını şərtləndirən əsas amil olub. Turizm obyektinin meneceri Əhməd Məmmədovun sözlərinə görə, keçən il qiymətlər 50-100 manat idisə, bu il qiymətlər 30-60 manatdır. "Bütün xidmətlər bu qiymətə daxildir. Bu il xidmətləri yüksəltdiyimizə, qiymətləri aşağı saldığımıza görə vəziyyət keçən ilə nisbətən daha yaxşıdır. Bütün koteclərimiz də doludur".


Masallıda turizm sektoru ötən əsrin sonlarından formalaşmağa başlayıb. Hazırda rayonda 35-dən artıq turizm obyektinin fəaliyyət göstərməsi rəqabət mühitini formalaşdırmaqla yanaşı, turistlərin seçim imkanını artırıb. Cənubun digər rayonları- Lerik-Lənkəranla müqayisədə qiymətlər dəfələrlə aşağı olsa da, obyekt sahibləri qazancdan şikayətli görünmür.

Masallıya turist axınını şərtləndirən amillərdən biri də rayonda müalicəvi bulaqların çoxluğudur.rayona istirahət üçün gələnlər həm də müalicə alır.


Xatırladaq ki,ötən il də bölgədə ən böyük turist axını Masallı rayonuna müşahidə olunmuş, rayona 10 mindən artıq turist səfər etmişdi. Bu il turist sayının ikiqat artacağı istisna edilmir.

Sizin Reklam Yeriniz