Əlaqə Arxiv
news Image
2013.08.05
14:03
| A A A
Bakıda zəncirvari qəza baş verib

Bakının Xəzər rayonunda 3 avtomobil toqquşub

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xəzər rayonunda səhər saatlarında baş verən yol qəzası ilə bağlı məlumat yayıb. Mövqe.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda "Mercedes", "Opel" və "VAZ" markalı 3 minik avtomobili toqquşub. 


Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Opel" markalı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Anar Məmmədov ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. 


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A.Məmmədovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Sizin Reklam Yeriniz