Əlaqə Arxiv
news Image
2013.08.05
15:39
| A A A
Əsəd və həyat yoldaşı iftar verdi

Movqe.Az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd, uzun bir aradan sonra dünən axşam televiziyaya çıxıb. Paytaxt Şamdakı bir iftar yeməyinə qatılan Suriya lideri, terrorun siyasətlə həll edilə bilməyəcəyini söyləyib. Eyni saatlarda həyat yoldaşı Əsma Əsəd isə Qədr Gecəsi vəsiləsiylə ehtiyac sahiblərinə iftar paylayıb. "Terror"u həll etməyin yeganə yolunun "dəmir yumruq" la müdaxilə olduğunu vurğulayan Əsəd, siyasi müxalifətind də ölkədəki vətəndaş müharibəsini həll etməkdə rol oynaya bilməyən "müvəffəqiyyətsizlik" olaraq xarakterizə edib. "Belə bir döyüşdə biz Suriyalılar ya həmişə birlikdə qazanarıq ya da həmişə birlikdə itirərik" deyən Əsəd partizan döyüş təhsili olmayan ordunun "qeyri-mümkünü bacardığını" bildirib. Esad sözlərinə belə davam edib: "Partizan döyüşündən böyük yeganə döyüş vardır,  o da xalqın döyüşüdür, ordunun vətəndaşlarla yan-yana olduğu döyüşdür. Allahın əli birlikdə dayananların üzərindədir. Mediada və internetdə də mübarizə davam edir, lakin böhran yalnız döyüş sahəsində həll ediləcək." Suriya Dövlət Başçılığının rəsmi Facebook hesabına yüklənən fotoşəkillərdə, Əsma Əsədin kimsəsiz uşaqlar və evlərindən olmuş ailələr üçün salat hazırlayaraq, iftar paketi  payladığı görülüb.


Sizin Reklam Yeriniz