Əlaqə Arxiv
news Image
2013.08.05
16:05
| A A A
Körpə yeməklərindən ehtiyatlı olun!

Movqe.Az xəbər verir ki, Çin, Rusiya, Yeni Zelandiya və Avstraliyadan gələn süd və süd məhsullarında "sağlamlığa zərərli ola biləcək maddələrə rast gəlinməsi" səbəbilə  bu ölkələrdən gələn süd tozu idxalatını dayandırıb. Yeni Zelandiyanın ən böyük istehsalçılarından Fonterranın körpə yeməkləri, idmançı içkiləri və digər məhsullarında edilən testlərin ardınca Çin, Malayziya, Vyetnam, Tayland və Səudiyyə Ərəbistanına göndərilən paketlərdə qida zəhərlənməsinə gətirib çıxaran bakteriya aşkarlandığından Çin və Rusiya bu ölkədən süd tozu alışını dayandırdığını açıqlayıb. Süd tozu istehsalında istifadə edilən bir növ kəsilmiş süd suyu, Çinə göndərilmədən əvvəl Yeni Zelandiyadan Avstraliyaya ixrac edildiyi üçün Çinin qərarından Avstraliya da nəsibini alıb. Sözügedən vəziyyət Yeni Zelandiyanın illik 9,4 milyard dollarlıq süd məhsulları ticarətini təhdid edir. Çünki Çinin yalnız ötən il etdiyi 1,9 milyard dollar dəyərindəki süd tozu idxalatının 90 faizi Yeni Zelandiyadan gəlib.

Sizin Reklam Yeriniz