Əlaqə Arxiv
news Image
2013.08.05
17:32
| A A A
II qrupda keçid balı aşağı salınmadı

Azərbaycanda II ixtisas qrupu üzrə minimal keçid balı aşağı salınmadı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə ixtisas seçimində müsabiqə şərtlərini ödəmiş - ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 6-dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Sizin Reklam Yeriniz