Əlaqə Arxiv
news Image
2012.05.14
22:38
| A A A
Nazim İbrahimov ATV – nin yeni rəhbərliyinə münasibət bildirib

Mövqe.az  xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov    ATV – də baş vermiş kadr dəyişikliyinə münasibət bildirərkən deyib ki,  "Azad Azərbaycan" Teleradio Şirkətinin təsisçiləri mənim ailə üzvlərimdir" .

 Onun sözlərinə görə, telekanalın təsisçiləri ilə çalışanlar arasında televiziya yayımçılığına dair uzun müddətdir davam edən müəyyən fikir ayrılığı olub. Və nəticədə təsisçilər tərəfindən komandanın yenilənməsi ilə bağlı qərar qəbul olundu.Hesab edirəm ki, yeni komanda Azərbaycan tamaşaçısının zövqünə uyğun və keyfiyyətli kanal quracaq. Bu dəyişiklik telekanalın inkişafına da xidmət edəcək".  

Qeyd edək ki, N. İbrahimovun qardaşı Tağı İbrahimov ATV-nin prezidentliyindən uzaqlaşdırılıb, bu vəzifəyə isə Vüqar Qaradağlı təyin edilib. Bundan başqa, N. İbrahimovun digər qardaşı, ATV-nin vitse-prezidenti Natiq İbrahimov da tutduğu vəzifədən azad edilib.

Sizin Reklam Yeriniz