news Image
2013.08.06
13:14
| A A A
Havalar istiləşəcək

Mövqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 19-23, gündüz 30-34 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,

Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 

Qısamüddətli qeyri-sabit hava şəraitindən sonra respublika ərazisində avqustun 8-dək temperatur rejiminin tədricən yüksələcəyi ehtimal edilir. Gecə və axşam saatlarında yalnız bəzi dağlıq rayonlarda yağış yağacağı ehtimal edilir. Gözlənilən normal temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafına, pambıqda məhsuldar elementlərin formalaşmasına, çoxillik otların böyüməsinə səbəb olacaq. Əsasən yağmursuz hava şəraiti tarlalarda və bağlarda becərmə işlərinin aparılması, meyvə və bostanlarda məhsulun yığılması üçün əlverişli olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs