Əlaqə Arxiv
news Image
2013.08.06
14:16
| A A A
Gülər Əhmədovanın istintaqı avqustun 8-də başa çatır

Avqustun 8-də eks deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtı başa çatır. İstintaq materiallarının məhkəməyə göndərilib-göndərilmədiyi bəlli deyil. 

Gülər Əhmədovanın vəkili Rafiq Məmmədov Teleqraf.com-a bildirib ki, ibtidai istintaqın yekunlaşması ilə bağlı onda heç bir məlumat yoxdur.  

Vəkil əlavə məlumatlar vermək istəməyib. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilən millət vəkili bu il fevralın 13-də həbs olunub.  

Mayın 8-də Səbayel rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edib. Vəkillərin qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb. 


Həbs qətimkan tədbirinin vaxtı avqustun 8-də başa çatacaq.  


İttihamlar sübut olunsa, keçmiş millət vəkili əmlakı müsadirə olunmaqla 7 ildən 12  ilədək müddətə azadlıqdan məhrum edilə bilər. 

Sizin Reklam Yeriniz