news Image
2013.08.06
14:52
| A A A
Heydər Əliyev Fondu Moskvada iftar süfrəsi açıb

Rusiya paytaxtında Azərbaycanın Ramazan çadırı qurulub. APA-nın verdiyi məlumata görə, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Ramazan çadırında qonaqlara iftar verilib.

 

Paytaxtın "Poklonnaya qora" adlanan hissəsində yerləşən məscidin həyətində təşkil olunan iftar süfrəsində müxtəlif millətlərin nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiyada akkreditə olunmuş digər ölkələrin səfirliklərinin və Azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Çadırın girişində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinə həsr olunan fotosərgi təşkil olunub. Ramazan çadırına gələn qonaqlara "Baku", "AMOR", "İrs-Nasledie" jurnalları və Fondun nəşrləri paylanıb. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında çəkilən "Azərbaycanda tolerantlıq" sənədli filmi nümayiş olunub.

 

Tədbirdə müqəddəs "Qurani-Kərim"dən surələr və iftar duası oxunub. Tədbirə gələn qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

 

Qeyd edək ki, artıq altıncı dəfədir Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Rusiya Müftilər Şurası və Moskva hökumətinin "Ramazan çadırı" layihəsində iştirak edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs