Əlaqə Arxiv
news Image
2013.08.06
17:00
| A A A
Yeni Bin Laden?

Movqe.Az xəbər verir ki, ABŞ, Orta Şərq və Afrikadakı ən az 19 diplomatik səfirliyini terror təhdidi səbəbiylə bağlama qərarını 10 Avqusta qədər uzadıb, həyəcan təbilinin səbəbinin isə

 "yeni Bin Ladin" olduğu iddia edilib. Əl Qaidə liderləri arasında, 11 Sentyabrdan bəri ən böyük hücuma hazırlaşdığına yönəlmiş söhbətlər  elektron dinləyiciyə alındığından bu tədbirin alındığı deyilib. Bəziləri, ABŞ-ın dünyanı dinlədiyini sübut etdiyi Edvard Snov böhranında özünü qanuniləşdirmək üçün Vaşinqtonun bu yola müraciət etdiyini müdafiə etsə də, həyəcanı ciddi qəbul edənlər də var. "CNN"ə danışan Rand Corporation analitiki Seth Consa görə ABŞ kəşfiyyatı, Əl Qaidə lideri Eymen Əl Zevahirinin öz köməkçisi olaraq ötən günlərdə Nasir əl Vuhayşini seçməsindən narahatdır. Ərəb Yarımadasındakı Əl Qaidə (AQAP) təşkilatının Yəmənli lideri Vuhayşi, Zevahirinin əksinə təşkilatı bölən deyil, birləşdirən bir ad olaraq tanınır. Hələ 36 yaşında olmasına baxmayaraq uzun müddətdir ƏL Qaidə içində öz etibarilə yüksələn "Əbu Basar" ləqəbli Vuhayşinin, bir gün Usamə Bin Ladenin kürsüsünə otura biləcəyi müdafiə olunur. Vuhayşi, Əl Qaidənin mərkəzinin Taliban rəhbərliyindəki Əfqanıstanda olduğu dövrdə Bin Ladenin xüsusi katibiydi. ABŞ liderliyindəki NATO hərəkatıyla Taliban süqut etdikdə Vuhayşi İrana qaçmış, burada bir müddət nəzarətə alındıqdan sonra 2003-cü ildə ölkəsi Yəmənə deportasiya edilmişdi.

Sizin Reklam Yeriniz