Əlaqə Arxiv
news Image
2012.05.15
12:47
| A A A
Məhbuslar kütləvi aclıq tətilinə son qoydular

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, İsrail həbsxanalarındakı fələstinli dustaqları iki aydan çox davam edən kütləvi aclıq tətilini bitirməyə razılaşıblar.

1500-dən çox fələstinli şəraitin yaxşılaşdırılmasını tələb etmək üçün qidadan imtina ediblər.

İsraildə bir neçə saat davam edən müzakirələrdən sonra razılığa gəlinib,amma razılaşmanın detalları açıqlanmayıb.

Məhbuslardan ikisinin sağlamlıq vəziyyətinin ağır olduğu bildirilib.

Bilal Diyab və Tahir Halahlanın aclıq tətili 70 gün əvvəl başlayıb.

Müxbirlər bildirib ki, İsrail və Fələstinin səlahiyyətli şəxsləri məhkumlardan hər hansı birinin ölümü vəziyyətində fələstinli qrupların şiddət yaradacağından narahat olurdular.

Sizin Reklam Yeriniz