Əlaqə Arxiv
news Image
2013.08.06
17:20
| A A A
Məzunları "2" alan rayon məktəbləri ilə bağlı təhlillər aparılacaq

Təhsil Nazirliyi buraxılış imtahanlarında ən çox "2" qiyməti alan rayonlarla bağlı təhlillər aparır. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, buraxılış imtahanlarının nəticələrinin rayon və şəhərlər üzrə təhlilinə başlanılıb. Həmin nəticələr təhlil və müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul ediləcək. Nazirlik kollec təhsili olanların müəllim vəzifəsində fəaliyyət göstərməsinə də münasibət bildirib: "Hazırda kollec (orta ixtisas təhsili) diplomu ilə müəllim işləmək baxımından hər hansı problem yoxdur".

Sizin Reklam Yeriniz