news Image
2013.08.07
11:00
| A A A
Məkkədən təzə ay açıqlaması

Müqəddəs Kəbədə Quran xətmi ilə qılınan təravih namazı ötən gecə başa çatıb.

Səudiyyə Ərəbistanı Aıi məhkəməsi 6 avqust çərşənbə axşamı gününün gecəsində ramazan ayının başa çatdığını bildirən təzə ayın görünmədiyini açıqlayıb. Ramazanın əvvəlindən müqəddəs Kəbədə Quran xətmi ilə qılınan təravih namazı isə ötən gecə başa çatıb. 


Qeyd edək ki, Səudiyyə Ərəbistanında hər il ramazan ayının başlamasını və başa çatmasını bildirən təzə ayın görünməsi üçün ölkənin hər yerində müşahidəçilər olur. Təzə ay göründüyü anda isə ölkənin Ali məhkəməsinə xəbər verilir və araşdırmalardan sonra rəsmilər ramazanın başlamasını və bayram gününü elan edirlər. 


Xatırladaq ki, Səudiyyə Ərəbistanı ramazan ayına Azərbaycanla eyni gündə - iyulun 10-da başlayıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs