Əlaqə Arxiv
news Image
2012.05.15
13:15
| A A A
Analardakı şəkər xəstəliyi və köklük uşaqlara da təsir edir

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Belçikada aparılan bir araşdırmaya görə, hər 12 körpədən biri 4 kiloqramdan çox dünyaya gəlir. Bu nisbət 2005-ci ildəki hesablamalardan iki dəfə çoxdur.

Bu problemin başlıca səbəblərindən biri anaların pis bəslənməsidir.

Uşaq həkimi Pierre Matona görə şəkər və köklük başlıca problemlərdəndir:

"Körpələrin həddindən artıq kilolu doğulmasının təməl səbəbləri hamiləlik zamanı şəkər xəstəliyindən çəkilən narahatlıqdır. Bu yalnız hamiləlik zamanı keçici bir vəziyyətdir, ancaq milli və beynəlxalq ölçülərdə köklük səviyyəsinin artması ilə də əlaqəlidir."

Həkim Pierre Maton, artıq çəkili doğan körpələrin nəzarət altında saxlanılması lazım olduğunu bildirib. İrəlidə meydana gələ biləcək köklük və ya şəkər xəstəliyi yarana biləcəyi üçün bu körpələrin nizamlı olaraq glisemik ölçümləri edilir:

"Artıq çəkili uşaqlar, xüsusilə analarının hamiləlik zamanı şəkər problemi yaşamış uşaqlar bir sıra risklər altındadır. Qanlarında şəkər və ya kalsium səviyyəsi çox az ola bilər. Və ya qırmızı qan hüceyrəsi səviyyələri çox yüksək ola bilər. Bütün bunlar irəlidə bir sıra narahatlıqlar yarada bilər."

Sizin Reklam Yeriniz