news Image
2013.08.07
13:44
| A A A
Bayram günlərində hava necə olacaq ?
Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda leysan gözlənilir

Bakı və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən məlumata görə, gün ərzinə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək  çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

 Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,

Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

 Azərbaycanın rayonlarında avqustun 8-də şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 Ramazan bayramı günlərində - avqustun 8-də gecə və səhər əsasən respublikanın şimal rayonlarında, gündüz isə ayrı-ayrı yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, axşam dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı  gözlənilir.

 

Avqustun 9-da əsasən gecə və səhər saatlarında bəzi rayonlarda hava şəraitinin yağışlı olacağı, avqustun 10-da gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.

 Avqustun 11-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə yüksələcəyi gözlənilir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs