news Image
2013.08.07
13:30
| A A A
Məktəbli formasının istehsalına rəsmi icazə verilən müəssisələrin adları açıqlandı-Eksklüziv
Fazil Talıblı: "Respublika üzrə məktəbli forması istehsalı üçün iki müəssisə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi texniki şərt əsasında fəaliyyət göstərir"

Respublika üzrə məktəbli forması istehsalı üçün iki  müəssisə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi texniki şərt əsasında fəaliyyət göstərir. Bu sözləri Movqe.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib. F. Talıblı bildirib ki, bu müəssisələr  Bakı Tikiş Evi (BTE) və "Bakı Tekstil Fabriki" MMC-dir. F. Talıblı sözügedən müəssisələrdə istehsal olunan məktəbli formalarının tam standartın tələbinə əsasən istehsal olunduğunu söylədi. Onun sözlərinə görə, bununla belə ölkədə standartın tələblərinə cavab verməyən, Cin Xalq respublikasında istehsal edilmiş məktəbli formaları satılır: "Ötən həftə biz belə keyfiyyətsiz forma satışını həyata keçirən obyekti aşkarlayaraq ifşa etdik. Məlum oldu ki, həmin obyektdə BTE-nin məktəbli forması saxtalaşdırılaraq satılır. Valideynər də "qaynar xəttə" bununla bağlı müraciətlər edirlər. Valideynlərə bildirmək istəyirik ki, Komitə iki müəssisədə istehsal edilən məktəbli formalarının standartın tələbinə cavab verdiyini təsdiqləyib. Odur ki, Bakı məktəbliləri BTE-nin, Sumqayıt, Abşeron və digər rayonların məktəbliləri isə "Bakı Tekstil Fabriki" MMC-nin istehsalı olan məktəbli formalarını alaraq uşaqlarına geyindirə bilərlər. Hazırda məktəbli formalarının istehsalı və satışı ilə bağlı Komitə tərəfindən araşdırmalar, reydlər davam etdirilir".

"Bakı Tekstil Fabriki" MMC-dən də müəssisəyə SMPDK-nın  müvafiq sənədi əsasında məktəbli forması istehsalına sertifikat verildiyini təsdiqlədilər. "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva Movqe.az-a açıqlamasında bildirib ki, artıq beş ildir ki, müəssisə Abşeron və Sumqayıt məktəblilərini geyindirir. S. Babayeva da müəssisədə məktəbli formasının Komitənin müəyyənləşdirdiyi standart əsasında istehsal edildiyini və yeni dərs ilinə hazırlandığını söylədi. Onun sözlərinə görə, hazırda rayonlardan sifarişlər qəbul olunur və məktəbli formasının istehsalı davam etdirilir: "İstənilən rayondan bizə sifariş olara, biz tələbata uyğun sayda keyfiyyətli məktəbli forması istehsal edirik. Hətta bizim müəssisənin məktəbli formasını Quba və Xaçmaz rayon məktəbliləri də geyinir. Keyfiyyətindən və qiymətindən indiyədək narazılıq daxil olmayıb".

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov da Movqe.az-a bildirib ki,  müəssisənin Komitədən verilən sertifikat əsasında,əsasən Bakı şəhəri üzrə vahid məktəbli geyimi istehsal etdiyini söyləyib. E.Əzimov bildirib ki, bununla belə müəssisənin Abşeron və Sumqayıt şəhərlərində də satış nöqtələri fəaliyyət göstərir və sifarişlər qəbul edilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs