Əlaqə Arxiv
news Image
2013.08.07
15:58
| A A A
AZAL-dan bayrama özəl yenilik

Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetiriləcək

Ramazan bayramı ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetirəcək. Bu barədə APA-ya AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.


Onun sözlərinə görə, hazırda Bakı-Naxçıvan marşrutu üzrə hər gün 4 uçuş yerinə yetirilir: "Ramazan bayramı ilə əlaqədar bu aviareysdə sıxlığın yaranmaması üçün AZAL avqustun 7-dən 11-dək Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə iki aviareys yerinə yetirəcək".

Sizin Reklam Yeriniz