Əlaqə Arxiv
news Image
2013.08.07
16:16
| A A A
Gəncə-Naxçıvan aviareysi bərpa edilir

Avqustun 9-dan etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayacaq. Bu barədə "APA-Economics"ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, Bakı-Gəncə-Naxçıvan və əks istiqamətə uçuşlar hər həftənin V günləri yerinə yetiriləcək: "Bakıdan Gəncəyə bir istiqamətə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan istiqaməti üzrə isə 39 manat təşkil edir. Uçuşlar AZAL-ın yeni aldığı "Embraer" tipli təyyarələr ilə yerinə yetiriləcək".

Qeyd edək ki, bundan öncə AZAL Gəncə-Naxçıvan aviareysi üzrə uçuşları yerinə yetirib. Lakin sonradan sözügedən aviareys ləğv olunmuşdur.

Sizin Reklam Yeriniz