Əlaqə Arxiv
news Image
2013.08.07
17:21
| A A A
Din saxtakarlıq edən klinika ilə bağlı açıqlama verdi

Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb

Yasamal rayonu ərazisində fəaliyyət göstərən "İMEDİS" klinikasında dələduzluq faktı aşkar edilib. Mövqe.az-ın  Daxili işlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 6 avqust 2013-cü il tarixində daxil olmuş vətəndaş şikayətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində fəaliyyət göstərən "İMEDİS" klinikasında dələduzluq faktı aşkar edilib. 


Belə ki, orada həkim işləyən Şəlalə Əzimovanın "İMEDİS EXPERT" aparatlarından istifadə edərək müayinə və müalicə etmək adı ilə Bakı şəhər sakinləri Faiq Baxışovu, Seyrulla Abdullayevi və Abşeron rayon sakini Cəsarət Baxşəliyevi aldadaraq onlardan müvafiq olaraq 615, 300 və 160 manat pul alması müəyyən edilmişdir.

Klinikaya baxış zamanı 5 ədəd "İMEDİS EXPERT" proqramının yazıldığı yaddaş kartı, 8 ədəd "İMEDİS EXPERT" aparatı, 5 ədəd kompyuter, 1 ədəd processor aşkar edilərək götürülüb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz