Əlaqə Arxiv
news Image
2013.08.08
10:55
| A A A
Bakı-Qazax yolunda ağır qəza
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində "VAZ" və "Volkswagen" markalı iki minik avtomobili toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Volkswagen" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Sizin Reklam Yeriniz