news Image
2013.08.08
11:06
| A A A
Bilal Əliyevin rəqqasə ilə evli olan bacısı oğlunun əxlaqsızhərəkətinə münasibəti
Xalq artisti Bilal Əliyev adını özünə soyadı etmiş bacısı oğlu Bəxtiyar Bilalın əxlaqsız hərəkətlərinə münasibət bildirdi. ANS PRESS-in məlumatına görə, xalq artisti rəqqasə ilə evli olan bacısı oğlunun arvadının sevgilisi ilə bir evdə yaşamasından danışmaq belə istəmədi. Eşitdiklərindən dəhşətə gələn Bilal Əliyev ANS PRESS-ə açıqlamasında, heç kimin hərəkətlərinə görə cavab vermək istəmədiyini bildirdi: "Əvvəla, mən özümdən başqa heç kimin, heç bir hərəkətinə cavabdeh deyiləm. Mən bütün varlığımla xalqıma bağlı adamam və mənim xidmətim təkcə qohum-əqrəbam üçün deyil. Kim nə hərəkət edir, yalnız özü cavabdehdir. Bəzi insanlar tanınmış simaların adından istifadə edib öz çirkin əməllərində istifadə edir. Misal üçün filankəsin qardaşı oğlu filan hərəkəti etdi, bacısı oğlu bunu elədi... Birdəfəlik hamınıza cavab verirəm, belə cəhənəmə etdi! Gedin özündən soruşun. Bəlkə biri dəlidir, o insanın heç şərəfi yoxdur. Bəlkə onların oturub-durduğu adam ermənidi. Bəlkə şəxsiyyətini pula satıb. Axı bir vicdansız insanın etdiyi hərəkətə görə başqa insan niyə cavab verməlidir?
Xalqın gözü tərəzidir, hər şeyi düzgün çəkidə ölçməyi yaxşı bilir. Mənim media işçilərinə bir sualım var; Mənim bu boyda xalqım üçün etdiyim xidmətləri unutduzmu? Mənim adımı bəzi ünsürlərin adının qarşısında hallandıranda heçmi əzab çəkmədiniz?
Bu orucluq günlərində hətta Avropaya və Rusiyaya səfərlərim olub. Buna baxmyaraq bir gün də olsun orucumu qəzaya saxlamamışam. Ramazan ayında toylara da oruclu gedirəm. Vaxtlı-vaxtlında namazımı qılıram, dualarımı oxuyuram. 6 dəfə Allahın evini ziyarət etmişəm. 80 yaşlı atamın qulluğunda dayanıram. Uşaqla uşaq kimi, böyüklə böyük kmi davranıram.
Nəzirimi, xüms-zəkatımı vermişəm, kasıblara əl tuturam, İldə 10-dan çox qurban kəsib insanlara paylayıram. Bildiyim qədər heç bir şərəfsiz hərəkət etməmişəm. Mən öz hərəkətlərimin hesabatını verirəm, başqalarının deyil."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs