Əlaqə Arxiv
news Image
2013.08.08
12:19
| A A A
Bayram günlərinin hava proqnozu
Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzinə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 08-də şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Ramazan Bayramında Respublika ərazisində gözlənilən hava şəraiti isə belədir. Avqustun 08-də gecə və səhər əsasən Respublikanın şimal rayonlarında, gündüz isə ayrı-ayrı yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, axşam dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir. Avqustun 09-da əsasən gecə və səhər saatlarında Respublikanın bəzi rayonlarında hava şəraitinin yağışlı olacağı, avqustun 10-da gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.
Avqustun 11-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə yüksələcəyi gözlənilir.
Sizin Reklam Yeriniz