Əlaqə Arxiv
news Image
2013.08.10
11:15
| A A A
Bakıda polislər qəzaya düşdü
Dünən saat 16 radələrində Binəqədi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu dəfə qəzaya düşən yol polisi əməkdaşları olub. AzNews.az-a daxil olan məlumata Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi bölməsinin əməkdaşları xidmət apararkən qəzaya düşüblər. Polislər qayda pozan sürücünü saxlamaq üçün hərəkət edərkən qarşıdan gələn və ötmə əməliyyatı yerinə yetirən "Toyot Prado" avtomobili ilə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, zərbə o qədər güclü olub ki, polisləri avtomobildən yalnız FHN əməkdaşlarının köməyi ilə çıxarmaq mümkün olub. Hadisə nəticəsində Eşqin adlı inspektor dünyasını dəyişib. Qeyd edək ki, polislər 10 YP 475 nömrə nişanlı avtomobillə qəzaya düşüblər. Hadisə barədə əlavə məlumat verəcəyik.
Sizin Reklam Yeriniz