Əlaqə Arxiv
news Image
2013.08.11
13:46
| A A A
Qısamüddətli yağış yağacaq

Bu gün Azərbaycan ərazisində hava sabitləşəcək, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında avqustun 11-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 11-da hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər saatlarında Böyük Qafqaz ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz