news Image
2013.08.11
13:38
| A A A
Obama: "Putin tənbəl uşağa bənzəyir"

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama ailəsi ilə birlikdə tətilə çıxmazdan əvvəl Ağ Evdə mətbuat konfransı təşkil edib. ABŞ Milli Təhlükəsizlik Təşkilatının (NSA) aşkarlanan izləmə fəaliyyətlərindən, Əl Qaidə səbəbindən bağlanılan  səfirliklərə qədər bir çox mövzuya toxunan Obamanın çıxışında ən çox diqqət çəkən isə Rusiya Dövlət Başçısı Vladimir Putin haqqında söylədikləri olub. Rusiyanın NSA sənədlərini mətbuata sızdıran keçmiş CIA işçisi Edvard Snovdenə vətəndaşlıq verməsiylə çəkilən Moskva-Vaşinqton əlaqələrini qiymətləndirən Obama, mənfiliklərə baxmayaraq Putinlə "səmimi və doğru" bir əlaqəsi olduğunu söyləyib. Lakin Putin üçün "Bilirəm ki mətbuat bədən dilinə əhəmiyyət verir. Onun arxasına söykənib dayanmaq kimi bir üsulu var, bu partanın arxa sırasındakı yorulmuş tənbəl uşağa bənzəyir" ifadəsini söyləyib. Putinin sələfi Dimitri Medvedev dövründə ikitərəfli əlaqələrin daha yaxşı olduğuna diqqət çəkən Obama, "Putinin iqtidara gəlməsinin ardınca, Rusiya tərəfində daha çox anti-Amerikan ifadələr eşitməyə başladığımızı düşünürəm. Biz isə dayanıb Rusiya ilə əlaqələrimizin yönünü yenidən qiymətləndirməliyik. Arada bəzi fərqliliklər olacaq. Bunları tamamilə saxlamaq mümkün deyil "deyib. Obama NSA qalmaqalıyla əlaqədar olaraq isə izləmə fəaliyyətlərilə bağlı daha çox şəffaf olacağını deyib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs