Əlaqə Arxiv
news Image
2013.08.12
11:15
| A A A
“Microsoft Office 365” Azərbaycan bazarına təqdim edilib

Azərbaycanda "Microsoft Office 365 Home Premium" (ev istifadəsi üçün) və "Office 365 for small business" (kiçik biznes üçün) məhsullarının pərakəndə satışına başlanılıb.

 

Artıq Azərbaycan istifadəçiləri üçün "Microsoft" məhsullarının bütün xəttindən istifadə mümkündür.

 

"Office 365 Home Premium" istifadəçilər üçün "Office"-in aparıcı xəttinin yeni versiyasıdır.  "Office 365 Home Premium – Office" tərəfindən hazırlanan, müasir, ailə və biznes arasında balansı qorumağa çalışan işgüzar şəxslər üçün nəzərdə tutulub. Yeni məhsul, "Windows" əməliyyat sistemi ilə çalışan planşetlər, "Personal" və "Mac" kompüterləri daxil olmaqla, beş cihazda istifadə oluna bilər və özündə ən son və tam  "Office" dəstini cəmləşdirir.  Proqram həmçinin əlavə "SkyDrive" "bulud" məlumat saxlanma sistemi yaddaşı və beynəlxalq "Skype" zəngləri imkanı ilə təchiz edilib.

 

"Office 365 Home Premium" dünya üzrə 162 bazarda və 21 dildə mövcuddur. 

Sizin Reklam Yeriniz