Əlaqə Arxiv
news Image
2013.08.12
11:52
| A A A
Ailənin 3 evi birdən kül oldu

Yanğının başvermə səbəbi hələlik məlum deyil

Bakının Sabunçu rayonunda baş vermiş yanğın zamanı bir ailəyə məxsus üç ev yanıb. APA-nın verdiyi xəbərə görə, Zabrat qəsəbəsi, Babək 50 ünvanında Zemfira Nurullayevaya məxsus evlərin birində başlayan yanğın həyətdəki digər tikililərə də keçib.

Ev sahibinin dediyinə görə, yanan hər üç ev ona məxsusdur. Lakin onlar evdə olmadıqlarından yanğın xəbərini qonşulardan alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabunçu, Suraxanı və Xəzər rayonlarının yanğından mühafizə hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.


FHN əməkdaşları qonşu evlərdəki sakinləri evakuasiya ediblər. Yanğının qonşuların evlərinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan və ölən olmayıb.

Nurullayevlər ailəsinə dəyən ziyanın miqdarı da hələlik bəlli deyil.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.


Sizin Reklam Yeriniz