Əlaqə Arxiv
news Image
2013.08.12
12:00
| A A A
İsmayıllıda böyük neft yatağı tapılıb

SalamNews xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geoloji kəşfiyyatçıları və geofizikləri İsmayıllı şəhərinin üç kəndində böyük neft yataqları aşkarlayıblar.


Artıq Cülyan kəndi ərazisində aparılan tətqiqatlar uğurla başa çatıb. Kənd ərazisində böyük neft ehtiyatlarının olduğu bildirilir.


ARDNŞ əməkdaşları bu məqsədlə mütəmadi olaraq sözügedən ərazidə ölçmə işləri aparır. Artıq əraziyə xüsusi texnikalar yerləşdirilib. Yaxın aylarda qazma işlərinin aparılacağı bildirilir.


İsmayıllı dağətəyi rayondur. Şəhər ərazisində böyük yeraltı su yataqları mövcuddur.


Qeyd edək ki, şəhər, eləcə də Cülyan kənd sakinləri daimi olaraq artezian quyularından istifadə etdikləri üçün bu mənbələr tükənməzdir.


Sizin Reklam Yeriniz